9 Avqust 2015 15:26
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mali ordusu Fransız əsgərlərin də dəstəyi ilə başlatdığı əməliyyatda, Sevare şəhərində hücuma uğrayan bir oteldəki girovları xilas edib.


Saatlarla təlükəsizlik qüvvələri ilə millitanlar arasında qarşıdurma yaşanıb. Çıxan qarşıdurmada 4 terrorçu öldürülüb. Hücumçuların isə 5 Mali hərbiçisi və bir əsgərini öldürdüyü açıqlanıb.


Musavat.com xəbər verir ki, terroristlərin hücum etdikləri "Byblos" oteli daha çox diplomatlar tərəfindən istifadə edilir. Hücumun olduğu saatlarda oteldə Ukrayna, Fransa və Cənubi Afrikalı vətəndaşların olduğu haqda da məlumat yayılıb. Amma xaricilər paytaxt Bamakoya göndərilib.


Qeyd edək ki, sözü gedən otel, Fransa və NATO-nun əməliyyatlarda istifadə etdiyi hava limanın yerləşdiyi şəhərdədir.


Müəllif:

Oxşar xəbərlər