Türkiyə şəhid verməkdə davam edir
Türkiyənin İstanbul şəhərinin Sultanbəyli polis bölməsinə intihar hücumunu araşdıran polislərə atəş açılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, naməlum silahlılar hadisə yerindəki polislərə hücum edib. Toqquşma nəticəsində bir polis həyatını itirib, biri isə ağır yaralanıb.
Hücum edən iki təcavüzkardan birinin polis tərəfindən öldürüldüyü, digərinin isə əlindəki partlayıcının işə düşməsi nəticəsində həyatını itirdiyi bildirilib. Hücumdan sonra bölgədə əməliyyat başlayıb.
Qeyd edək ki, Sultanbəyli polis bölməsinə edilən intihar hücumu zamanı 3-ü polis olmaqla 10 nəfər həyatını itirib.
Samir