11 Avqust 2015 14:01
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə əsgərləri Azad Suriya Ordusuna (ASO) bağlı olan Sultan Murad briqadasının tərkibində Suriyaya daxil olublar.

Publika.az xəbər verir ki, bu barədə Suriyada səkkiz qrupun iştirakı ilə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq üçün yaradılan İnqilab Ordusunun sözçüsü Əhməd Hisso “Sputnik” agentliyinə açıqlamasında bildirib.


Əhməd Hisso türk əsgərlərinin dünən yerli vaxtla saat 17:00 radələrində Babel Salam sərhəd keçid məntəqəsindən Suriyaya girdiyini söyləyib.

"Altı yüzə qədər türk əsgəri bu gün Azad Suriya Ordusuna bağlı Sultan Murad briqadasının tərkibində Suriyanın Azez şəhərinə girdi. Türkiyə əsgərləri ağır silahlarla gəliblər. Onların Azez şəhərinin ətrafında yerləşdiyi barədə məlumatlar alırıq. Azezin 9 kilometr şərqindəki, əsasən türkmanlərin yaşadığı Kfır Qan və Dalha kəndlərində mövqe tutduğunu bilirik”, - o deyib.

“Türk əsgərlərinin Suriyaya daxil olduğuna dair dəlilləriniz varmı” sualına Hisso bu şəkildə cavab verib: “Biz İnqilab Ordusu olaraq Azez şəhərinə yaxınıq. Bu məlumatı bizə Azezdə olan tərəfdarlarımız veriblər”.

Qeyd edək ki, Sultan Murad briqadası əslən azərbaycanlılar olan türkmanlardan ibarətdir.


Müəllif:

Oxşar xəbərlər