12 Avqust 2015 20:03
2 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya hökuməti bildirib ki, may ayında prezident Kim Jong-un əmrilə Şimali Koreya baş naziri müavininin güllələnməsi barədə məlumatları izləyir.

Cənab Choe “gənc rəhbərin meşəsalma siyasətilə bağlı narazılıq ifadə etdikdən” sonra edam olunub, Cənubi Koreyanın Yonhap xəbərlər agentliyi bildirir.

Agentliyə əsasən, Kim Jong-un rəhbərliyi dövründə 70-dək rəsmi edam olunub. BBC iddiaları müstəqil mənbədən təsdiq edə bilməyib.

Pxenyan edamlarla bağlı Cənubi Koreyada peyda olan məlumatları olduqca nadir hallarda təsdiq edir.
Cənab Choe sonuncu dəfə ictimaiyyət qarşısına dekabr ayında çıxıb, Cənubi Koreyanın Birləşdirmə Nazirliyi bildirir.

Adətən Şimali Koreya barədə xəbərləri ilk yayımlayan Yonhap agentliyi hadisənin təfərrüatlarına varmır.
Vaxtilə inşaat və tikinti materialları nazirinin müavini olmuş Choe Yong-gon 2000-ci ildə Cənubi Koreya ilə ticarət danışıqlarında ölkəsinin nümayəndə heyətinə başçılıq edib.

O, ötən ilin iyun ayında baş nazirin 7 müavinindən biri olub. Təyinatı şərh edən təhlilçilərdən biri bu addımı Pxenyanın Seulla daha yaxın əlaqələrə can atması əlaməti kimi dəyərləndirib.


Müəllif:

Oxşar xəbərlər