Rusiyanın paytaxtı Moskvada polis kriminal avtoritetlərin yığıncağının qarşısını alıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyi açıqlama verib. Əməliyyat zamanı Tkaç, Nodar və Kuso adı ilə tanınan 3 "vor zakon" və 4 cinayət dəstəsinin liderləri saxlanılıb.
Polisdən verilən məlumata görə, onlar yığıncaqda Altay rayonunda vəziyyəti müzakirə etməyi planlaşdırırmışlar.
Hazırda həmin şəxslərin hansı cinayətlərdə əli olduğu araşdırılır.
Samir