Könüllü Kürd Qüvvələri (YPG) əsgərləri ilə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri əsirlərin mübadiləsi mövzusunda razılığa gəliblər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, müzakirələr ərəb tayfa liderlərinin vasitəçiliyi ilə baş tutub. Razılaşma bu gün əl-Haseke bölgəsində həyata keçiriləcək.
Əldə edilmiş razılaşmaya əsasən hər bir İŞİD terrorçusu ilə 3 suriyalı dəyişdiriləcək.
Samir