ABŞ-da həyat yoldaşının xəyanətini öyrənən qadın ərini və onu sevgilisini bütün ölkədə biabır etdi.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aldadılan qadın qəzetə təbrik elanı verib.
Hadisə ABŞ-ın Texas ştatında baş verib. Aldadıldığını öyrənən gənc qadın vəziyyətə olduqca fərqli bir reaksiya verib. İki uşaq anası olan Timeşa Braunun aldığı yeganə pis xəbər ərinin onu aldatması deyil, həmdə sevgilisinin hamilə qalması olub.
Timeşa Braun intiqam almaq üçün qəzetə belə bir elan verib: "Tezliklə uşaqları olacaq Şara Cormir və Patrik Brauna təbriklərimi çatdırıram. Ümid edirəm ki, həqiqətən bir-birnizi sevirsiniz və münasibətiniz davam edərəcək". Yazının imza yerinə isə "Patrikin əbədi xanımı Timeşa Braun" yazıb.
Olduqca fərqli və kübar bir yol seçən Timeşa bundan sonra həyat yoldaşından boşanıb.
Rüstəm