28 Avqust 2015 01:55
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Odessanın qubernatoru Mixail Saakaşvili "Gürcü arzusu" koalisiyasının əsasını qoyan Bidzini İvanaşvilini Batumidəki "Əli və Nino" abidəsinin dağıdılmasında ittiham edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Qara dənizin sahilində yerləşən məşhur heykəl avqustun 26-da yeri dəyişdirilərkən zədə alıb.

Batumi bulvarı administrasiyasının məlumatına görə, heykələ dəymiş zədəni aradan qaldırmaq mümkündür.

"Bu gün rusiyalı oliqarx İvanaşvilinin fitvası ilə "Əli və Nino" heykəli dağıdılıb". Bunu isə Facebook hesabənda Saakaşvili yazıb.

Qeyd edək ki, “Sevgililər heykəli” adlanan "Əli və Nino" abidəsi 2011-ci ilin yayında Saakaşvilinin prezidentliyi dövründə qoyulub. Abidənin müəllifi Tamar Kvesitadzedir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər