İraqın Naynava vilayətində 120 terrorçu edam edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlar İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin əmri ilə öldürülüb. Məlumatlara görə, edam edilənlər İŞİD-də çevriliş etməkdə və Bağdadiyə qarşı sui-qəsd hazırlamaqda günahlandırılıb.
Öldürülənlərdən 18-i İŞİD-in səhra komandirləri olub.
Samir