Almaniya kansleri Angela Merkel suriyalı qaçqınlarla bağlı Türkiyǝnin yeritdiyi siyasəti dəstəklədiyini bildirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Merkel Türkiyənin bu məsələdə işinin yüngülləşdirilməsi üçün yardımın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyǝ iki milyon qaçqına sığınacaq verməklə çətin mǝsuliyyǝti öhdǝsinǝ götürüb.
Almaniya kansleri qaçqınların Türkiyədən Yunanıstana keçməsinə də münasibət bildirib: "Bunu başa düşmək olar. Çünki Türkiyədə qaçqınların qalması ölkədəki vəziyyəti dözülməz həddə çatdıra bilər. Türkiyə bunun öhdəsindən tək gələ bilməz. Yardım etmək vacibdir".
Merkel Türkiyənin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizədə koalisiyaya qoşulmasından da məmnun olduğunu bildirib.
Samir