Rusiya bu gündən etibarən BMT Təhlükəsizlik Şurasında sədrlik funksiyasını yerinə yetirməyə başlayır.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Onun sözlərinə görə, Moskva bu ayın sonunadək sərdliyini davam etdirəcək.
Zaxarova qeyd edib ki, Rusiya ayı ərəfəsində keçirilən iclasların əsas müzakirə obyektləri Şimali Afrika və Yaxın Şərqdə münaqişələrin əlli, terrorçuluqla müzakirə, sülh və təhlükəsizliyin təmini məsələləri olacaq.
Rusiyanın sədrliyi ilə son iclas sentyabrın 30-da keçiriləcək.
Qeyd edək ki, BMT Baş Assambleyasının 70-ci sessiyası sentyabrın 15-də Nyu-Yorkda baş tutacaq. İclasda Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək.
Samir