4 Sentyabr 2015 18:27
1 940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 50 yaşlı qadın ərini öldürməkdə şübhəli bilinərək, həbs edilib.

Teleqraf.com xəbər verir ki, hadisə Sayanoqorsk şəhərində baş verib. Xəbərə görə, qadın həddindən artıq alkoqol qəbul edən ərini bu əməldən çəkinmək üçün qeyri-adi yola əl atıb.

O, zəncirin bir ucunu boğazına, digər ucunu isə istilik sisteminin borusuna bağlayıb. Bununla qadın kişinin evdən çıxmasının qarşısını alacağını düşünüb. Ancaq qadının bu istəyi ərini həyatından edib. Belə ki, kişi yatarkən nəfəs çatışmazlığından ölüb. İstintaqa danışan qadın ərinin işləmədiyini, evin bütün əşyalarını satdığını və onun bu əməllərindən bezdiyi üçün bu yol əl atdığını deyib.

Polis faktla bağlı araşdırmaları davam etdirir.

Samir


Müəllif:

Oxşar xəbərlər