Hindistan polisi Nepaldan işləmək üçün gələn iki qadının zorlanması ilə bağlı faktı araşdırır.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, zərərçəkənlər ərəb diplomatın evində işgəncə və təvacüzə məruz qaldıqlarını bildiriblər.
Qalmaqalda Səudiyyə Ərəbistanı xarici siyasət idarəsi rəsmisinin adı hallanır. Lakin o, diplomatik toxunulmazlığa sahib olduğu üçün cinayət məsuliyyətinə çəlb edilə bilməz. Bundan əlavə Səudiyyə Ərəbistanının səfirliyi irəli sürülən ittihamları böhtan hesab edir.
"The İndian Exspress"in məlumatına görə, təcavüzə məruz qalan qadınlardan biri 20 yaşlı qız, digəri isə onun 44 yaşlı anasıdır.
Faktla bağlı azadlıqdan məhrum etmə, zorlama ittihamları üzrə cinayət işi qaldırılıb. Polisdən bildiriblər ki, şübhəli şəxs məmurdur. Amma onun adı və milli mənsubiyyəti haqqında məlumat verilməyib.
Onlar zərərçəkənləri sərfəli iş təklifi ilə aldadıblar. Əvvəlcə qadınlar Səudiyyə Ərəbistanına aparılıb. Bir ay orada saxlanıldıqdan sonra Hindistana gətiriliblər. Təxminən dörd ay onlara təcavüz edilib və işgəncə verilib. Bu barədə "The Daily Mail" məlumat yayıb.
Tibbi ekspertiza zorlama və işgəncə faktını təsdiq edib.
Qeyd edək ki, Nepal dünyanın ən kasıb ölkələrindən biri sayılır. Hər il minlərlə nepallı ölkəni tərk edərək, digər ölkələrdə iş axtarır.
Rüstəm