Rusiya paytaxtında özünü “Tanrı Kuzya” adlandıran təriqət lideri və onun yaxın köməkçiləri saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı DİN-in Polis İdarəsi mətbuat xidmətinin rəisi Andrey Qaliakberov məlumat verib.
Onun sözlərinə görə, 7 mənzildə aparılan axtarış vaxtı böyük məbləğdə pul, xüsusi ədəbiyyat və yararsız şəraitdə saxlanılan ekzotik heyvanlar müsadirə olunub.
Rusiya Pravoslav kilsəsinin məlumatına görə, təriqətin yaradıcısı daha əvvəl özünü “yepiskop Roman” kimi təqdim edən Andrey Yuryeviç Popovdur.
Samir