Egey dənizində Yunanıstana məxsus Farmakonisi adası yaxınığında 120 miqrantı daşıyan rezin qayıq batıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 34 nəfər həyatını itirib. Onlar Suriya və Əfqanıstandan Avropaya üz tutan qaçqınlar olub.
Rəsmi məlumatlara görə, ölənlər arasında 4-ü körpə olmaqla 14 azyaşlı da var. Hadisənin dəqiq səbəbləri məlum deyil. İddialara görə, qayıq həddindən artıq yük götürdüyü üçün batıb.
Qəzadan dərhal sonra Türkiyədən xilasetmə qrupları hadisə yerinə yollanıb.
Samir