Türkiyədə 32 yaşlı Cüməli Ərdoğan əqli problemi olan bacısı, 25 yaşlı Dəryaya təcavüz edən 50 yaşlı Əhməd Bozdoğanı ov tüfəngiylə vuraraq öldürüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, çobanlıq edərək ailəsini dolandıran Cüməli günorta saatlarında bağın yanındakı otlaqda qoyunları otaran bacısını yoxlamağa gəlib.
Məlumata görə, o, bağın gözətçisini bacısına təcavüz edərkən tutub. Bu zaman onlar arasında mübahisə başlayıb. Mübahisənin böyüməsi nəticəsində Cüməli özü ilə gətirdiyi ov tüfəngilə əvvəl Əhməd Bozdoğanı, sonra isə bacısı Dəryanı vurub.
Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları Bozdoğanın öldüyünü müəyyən ediblər. Ağır yaralanan Dərya Ərdoğan isə təcili yardımla xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Aparılan araşdırmandan sonra Əhməd Bozdoğanın cəsədi Ədliyyə Tibb Ekspertizasına göndərilib. Polis hazırda hadisə yerindən qaçan Cüməli Ərdoğanın axtarışlarını davam etdirir.
Rüstəm