Qazaxıstan KİV-nin yaydığı məlumata görə, ölkənin müdafiə naziri İmanqali Tasmaqambetov hesab edir ki, sanksiyalarla təzyiq göstərmək yolu ilə Qərbin Rusiyaya öz dikatatını sırımaq cəhdləri əvvəlcədən bilərəkdən uğursuz fəaliyyətdir (Rosbalt).
«Rusiyanın nə daimi dostu, nə də daimi düşməni yoxdur – Çində də eyni situasiyadır» – deyə, nazir Astanada «Aqillər Şurası»nın iştirakçıları ilə keçirilən görüşdəki giriş nitqində bəyan edib.
«Bunu etməklə (sanksiyaları tətbiq etməklə – red.), siz (Qərb ölkələri – red.) ona başqa çıxış yolları aramağa imkan yaratdınız – Rusiya bunu Çində, Hindistanda, Cənub-Şərqi Asiyada tapdı və onlarla resurslar üzrə, o cümlədən, neft və qaz üzrə uzunmüddətli kontraktlar bağlamaqla, iqtisadi əlaqələr yaratdı. Bu, – nəhəng bazardır» – deyə, «Novosti Kazaxıstana» informasiya agentliyi onun nitqindən sitat gətirir.
Nazirin sözlərinə görə, Qərbin öz iradəsini Moskvaya sırımaq cəhdlərinə Rusiya öz iqtisadiyyatını diversifikasiya etməklə və inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığı genişləndirməklə reaksiya verəcək.