Qazaxıstanın Almatı vilayətində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 56 Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə Panfilovski rayonunun prokuroru Aydın Torebekov məlumat verib.
Onlar rayon prokurorluğu tərəfindən "Qərbi Avropa - Qərbi Çin" layihəsi çərçivəsində əcnəbi işçi qəbul edən müəssisələrdə miqrasiya qanunvericiliyinə riayət olunması ilə bağlı aparılan yoxlama zamanı aşkar ediliblər.
Azərbaycan vətəndaşları "EVRASKON" Avro-Asiya tikinti korporasiyası" ASC-də fəaliyyət göstəriblər. Onların Qazaxıstan ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq haqqında razılıq almadıqları müəyyən edilib.
Hazırda əcnəbilərin ölkə sərhədlərindən xaric edilməsi məsələsinə baxılır.