"Əl Qaidə" terror təşkilatının lideri Üsama Bin Ladenin cangüdəni işləmiş Səudiyyə Ərəbistanından olan Əbdul Şalabi Quantanamo həbsxanasından azad edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı terrorçu Səudiyyə Ərəbistanına deportasiya edilib.
Şalabi 2001-ci ildə Pakistan hərbi qüvvələri tərəfindən ələ keçirilib və Kubada yerləşən ABŞ bazasına göndərilib.
Nəzarət şurası müəyyən edib ki, Şalabinin həbsdə saxlanılmasına artıq ehtiyac yoxdur. Baxmayaraq ki, onun hələ də ektremistlərə simpatiyasının olduğu deyilir.
Samir