Rusiya Nəqliyyat Nazirliyi oktyabrın 25-dən etibarən Ukrayna aviasiya şirkətlərinə bu ölkənin ərazisi üzərindən uçuşları qadağan edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Nazirlik artıq "Rosaviasiya" şirkətindən bu qərarla bağlı Ukrayna aviaşirkətlərini məlumatlandırmağı xahiş edib.
Yayılan məlumata görə, bu qərar baş nazir Dmitri Medvedevin sərəncamından sonra verilib.
Qeyd edək ki, rəsmi Kiyev Moskvanın Krımın ilhaq edilməsi və qondarma Donetsk və Luqansk xalq respublikalarını dəstəklənməsi səbəbindən Rusiyaya qarşı sentyabrın 16-dan yeni sanksiyalar tətbiq edib. Medvedev isə Kiyevin bu addımına cavab olaraq, Ukrayna avianəqliyyat vasitələrinə qarşı cavab tədbirlərin tətbiq edilməsini tələb edib.
Samir