Əfqanıstan ordusu ötən gün nəzarəti itirdiyi Kunduz vilayəti uğrunda döyüşlərə başlayıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Əfqanıstanın Müdafiə Nazirliyi açıqlama verib.
Məlumatlara görə, hazırda bölgədə əfqanlarla "Taliban"çılar arasında gərgin döyüşlər gedir. Rəsmilər ölən və xəsarət alanlarla bağlı heç bir məlumat vermir.
Əməliyyata ABŞ hərbi təyyarələri havadan dəstək verir.
Samir