30 Sentyabr 2015 12:59
1 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına Silahlı Qüvvələrdən xaricdə istifadə olunması məsələsi ilə bağlı müraciət edib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı parlamentin yuxari palatasının spikeri Valentina Matviyenko məlumat verib.

İclas mətbuat üçün qapalıdır. Matviyenko rus ordusunun hansı regionda istifadə olunacağı ilə bağlı heç bir məlumat verməyib.

Məruzəçilər arasında RF Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, müdafiə komitəsinin sədri Viktor Ozerov, Federasiya Şurasının beynəlxalq komitəsin sədrinin birinci müavini Vladimir Cabbarov var.

Ən son məlumatlara görə, Federasiya Şurası Rusiya Silahlı Qüvvələrinə xaricdə hərbi əməliyyatlara başlamağa icazə verib.

İvanov bildirib ki, məsələ Suriya ilə bağlıdır: "Suriya Vladimir Putindən hərbi yardım göstərilməsini xahiş edib. Putinin Federasiya Şurasına müraciəti də bununla bağlıdır. Burada söhbət yalnız Hərbi Hava Qüvvələrinin əməliyyatlarından gedir. Quru qoşunlarının iştirakı istisnadır".

Qeyd edək ki, sonuncu dəfə Şura 2014-cü ilin martında Rusiya Silahlı Qüvvələrindən Ukraynanın ərazisində, Krım Muxtar Respublikasında istifadə olunmasına icazə verib.

Samir


Müəllif:

Oxşar xəbərlər