30 Sentyabr 2015 16:37
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovu məhkəməyə verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onun məhkəməyə təqdim etdiyi iddia şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlıdır.

"Moskva komsomolu" qəzetinin yaydığı məlumata görə, Jirinovski Qorbaçovu "Kremldən sonra" kitabına görə məhkəməyə verib. Bununla əlaqədar Jirinovski SSRİ-nin sabiq prezidentindən 1 milyon rubl təzminat almaq niyyətindədir.

Qeyd edək ki, Qorbaçovun "Kremldən sonra" kitabı 2014-cü ildə nəşr edilib. Kitab son 20 ildə Rusiyada baş verən hadisələrdən bəhs edir və burada Jirinovski ilə bağlı bir neçə fakt yer alıb.

Samir


Müəllif:

Oxşar xəbərlər