Rusiyanın Suriyadakı hava hücumları ilə bağlı Türkiyə, ABŞ, Almaniya, İngiltərə, Fransa, Qətər və Səudiyyə Ərəbistanı birgə bəyanat yayıblar.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bəyanatda bildirilir: "Türkiyə, ABŞ, Almaniya, İngiltərə, Fransa, Qətər və Səudiyyə Ərəbistanı hökumətləri olaraq, Rusiya Federasiyasının Suriyadakı hərbi fəaliyyəti ilə bağlı bəyan edirik:
Rusiyanın Suriyanın Hama, Homs və İdlib şəhərlərində dinc sakinlərin ölümünə səbəb olan və İŞİD-i hədəf seçməyən hücumlarından narahatlığımızı ifadə edirik.
Bu kimi addımlar Suriyadakı vəziyyəti daha da gərginləşdirə bilər. Rusiyanı Suriyadakı müxaliflərə və dinc sakinlərə yönəlik hücumlara son verməyə və İŞİD-i hədəf seçməyə çağırırıq".
Qeyd edək ki, Rusiyanın Xümsə etdiyi hava hücumunda 36 dinc sakin həyatını itirib.
Samir