5 Oktyabr 2015 09:31
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya məxsus döyüş təyyarələri İŞİD terror təşkilatının "Paytaxt"ı olan Rakka şəhərini bombalayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenko məlumat verib.

Onun sözlərinə görə, son 24 saat ərzində Su-34 və Su-24M tipli təyyarələr 20 hücum gerçəkləşdirib və İŞİD-in 9 sığınacağı məhv edilib. Rakkaya edilən hücumlar zamanı 12 terrorçu öldürülüb.

Samir


Müəllif: