5 Oktyabr 2015 16:17
1 890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 65 yaşlı iş adamına oğlunun borcuna görə işgəncə veriblər. Ciddi bədən xəsarətləri yetirilən biznesmen xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, bir müddət sonra həmin şəxs aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 15-də baş verib. Evdən çıxan Kamal Ülgən həmin gün geri qayıtmayıb. Yaxınları hadisə ilə bağlı Bursa polisinə müraciət edib.

Polisin apardığı araşdırma nəticəsində biznesmenin oğlu Mehmet Ülgənin qumar düşgünü olduğu müəyyən edilib. O, bir ay öncə Adanada 700 min TL (245 min manat) borclanıb. Atası Kamal Ülgənin də elə həmin şəxslər tərəfindən qaçırıldığı müəyyən edilib. Əməliyyat keçirən Xüsusi Təyinatlılar sentyabrın 21-də Barbaros məhələsindəki evə basqın edib. Kamal Ülgən huşsuz halda tapıb. Onun bədənində işgəncə izləri aşkar olunub. Bir həftə xəstəxanada müalicə alan Kamal Ülgənin həyatını xilas etmək olmayıb.

Əməliyyat zamanı 7 nəfər həbs edilib. Hadisə ilə bağlı istintaq davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər