6 Oktyabr 2015 22:17
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Federal Təhlükəsialik Xidməti hökumətə şəxsi təyyarə və yaxtalar barədə məlumatların məxfi saxlanmasını nəzərdə tutan qanun layihəsi təqdim edib.

RBK-nın məlumatına görə, bu cür məlumatlara vətəndaş cəmiyyəti fəallarının yox, yalnız xüsusi dövlət orqanlarının çıxışı olacaq.

Hazırda daşınmaz əmlakın dövlət reysteri haqqında qanuna əsasən bu cür əmlaklara çıxış açıqdır.

Deferal Təhlükəsialik Xidməti indi bütün bu cür məlumatlara ümumi çıxışın bağlanmasını təklif edir. Xidmət hesab edir ki, bu cür məlumatlardan cinayət məqsədləri üçün istifadə edilə bilər.

Xidmət həmçinin daşınmaz əmlakla bağlı dövlət kadasdrına çıxışın məhdudlaşdırılmasını təklif edir.

RBK-nın korrupsiya ilə mübarizə fondunun direktoru Roman Rubanov hesab edir ki, bu təşəbbüs daşınmaz əmlak və sahibkarlar, ilk növbədə də korrupsiyalaşmış məmurlar barədə həqiqi məlumatlara çıxışı çətinləşdirə bilər.

O hesab edir ki, bu Federal Təhlükəsialik Xidmətinin keçmiş rəhbəri Nikolay Patrushevin 1 milyard rubldan baha mülkiyyəti olması ilə bağlı məlumatla bağlı ola bilər.

Dumadakı əmlka komitəsinin rəhbəri Sergei Gavrilov hesab edir ki,şəxsi mülkiyyətlər barədə məlumatlar xüsusi orqanları çıxmaq şərti ilə geniş ictimaiyyətə açıq olmamalıdır.


Müəllif:

Oxşar xəbərlər