ABŞ-da qadın həyat yoldaşı ilə cinsi əlaqədə olan zaman ərinin başqa qadının adını çəkməsi qanlı cinayətlə nəticələnib.
Teleqraf.com xəbər verir ki, hadisə Floridada baş verib. Kristina Balazi adlı qadın əri ilə birlikdə olan zaman həyat yoldaşı başqa qadının adını deyib. Əsəblərini idarə edə bilməyən qadın mətbəxdən götürdüyü bıçaqla ərini boğazından və sinəsindən bıçaqlayıb.
Lakin kişi bıçağı qadının əlindən alıb çölə çıxmağı bacarıb. 39 yaşlıq qadın ərinin arxasınca "artıq bezdim" deyə qışqırıb. Maşınına minib qaçmağa çalışan qadın polis tərəfindən saxlanılıb. O, polisə ifadəsində cinayəti etiraf edib.
7 bıçaq yarası alan kişi xəstəxanada müalicə alır.
Rüstəm