8 Oktyabr 2015 01:41
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriya münaqişəsinin siyasi həlli yollarını tapmaq üçün qərbin dəstəklədiyi “Azad Suriya Ordusu” ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiyanın daxili işlər nazirliyi Moskvanın bu qrupun Suriya münaqişəsinin siyasi həlli ilə bağlı danışıqlar prosesinə daxil olmasının tərəfdarı olduğunu bildirib.

Nazirliyin sözçüsü Mariya Zaxarova deyib ki, Moskva İslam Dövləti və digər terrorçu qrupları məğlub eləmək üçün Əsəd qüvvələrinin “Suriya Azadlıq Ordusu” ilə birləşməsinə kömək etməyə hazırdır.


Müəllif:

Oxşar xəbərlər