8 Oktyabr 2015 12:37
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Şırnak vilayətində zirehli hərbi avtomobil qəzaya uğrayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 13 əsgər yaralanıb. Xəsarət alan hərbiçilər helikopterlə Şırnak Hərbi Hospitalına çatdırılıb. Əsgərlərdən birini vəziyyətinin ağır olduğu bildirilir.

Qəza ötən gün saat 21.30 radələrində baş verib. "Kirpi" adı verilən zirehli avtomobilin sürücüsü sükana nəzarəti itirib. Nəzarətdən çıxan hərbi maşın aşıb.

Rüstəm


Müəllif: