Bu gün Türkiyədə şənbə günü paytaxt Ankarada törədilmiş iki partlayışda ölənlərin xatirəsi anılır. Minlərlə insan Ankaranın mərkəzində axışaraq həlak onların xatirəsini yad edir, qanlı hadisənin baş verdiyi əraziyə və ölənlərin cənazəsinə qərənfil gülləri düzürlər.
Oktyabrın 10-da Ankarada dinc aksiya zamanı baş vermiş iki partlayış nəticəsində rəsmilərin bugünə verdiyi məlumata əsasən, azı 95 nəfər həlak olub, 246 adam yaralanıb, onlardan 48 nəfərin vəziyyəti ağırdır.
Şənbə gününə təyin olunmuş nümayişi təşkil Kürdpərəst HDP partiyası bomba partlayışlarında 128 nəfərin öldüyünü iddia edib.
Ankarının mərkəzinə ölənlərin xatirəsni anmağa gəlmiş etirazçılar höküməti partlayışların qarşısını ala bilmədiyinə görə tənqid ediblər. Hökümət bu qabildən olan ittihamları rədd edir.
Türkiyənin müasir tarixində hökümətin ən qanlı "terror hadisəsi" adlandırdığı dünənki faciə ilə əlaqədar ölkədə üç günlük matəm elan olunub. Baş nazir Ahmet Davutoglu partlayışların iki intiharçı tərəfindən həyata keçirilməsinə dair sübutların olduğunu bildirib. Ankarada dünənki partlayışlar ölkədə noyabrın 1-ə təyin olunmuş təkrar parlament seçkilərinə 3 həftə qalmış baş verib.