11 Oktyabr 2015 23:35
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda prezident seçkiləri başa çatıb.

Trend-in "Belta" agentliyinə istinadən verdiyi məlumata əsasən, seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb, səsvermə saat 20.00-dək davam edib.

Saat 18:00-a olan vəziyyətə görə seçicilərin 81,77% səsvermədə iştirak edib.

Respublika ərazisində 6100 seçki məntəqəsi fəaliyyət göstərir. Respublikadan kənarda yaşayan Belarus vətəndaşları üçün isə 49 seçki məntəqəsi yaradılıb.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ilə yanaşı, Liberal-Demokrat Partiyasının lideri Sergey Qaydukeviç, “Qovori pravdu” (“Həqiqəti danış”) kampaniyasının fəalı Tatyana Korotkeviç və Belarus Vətənpərvər Partiyasının sədri Nikolay Ulaxoviç prezident postu uğrunda mübarizə aparır.


Müəllif:

Oxşar xəbərlər