16 Oktyabr 2015 12:32
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obamaya zəng edib.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada deyilir: "Liderlər İŞİD terror təşkilatı ilə mübarizədə əməkdaşlığı və Suriya böhranının dinc yolla həllini müzakirə ediblər. Bundan başqa, Obama PKK terror qruplaşmasının Ankarada və ümumilikdə Türkiyədə törətdiyi terror aktlarını pisləyib. Prezidentlər Kipr məsələsinin həlli məsələsində dəstəklə bağlı razılığa gəliblər".

Telefon danışığı zamanı Ərdoğan və Obama Antalyada keçiriləcək "Böyük iyirmilik" zirvə görüşünün gündəmini də dəyərləndiriblər.

Samir


Müəllif: