Türkiyə Hərbi Hava Qüvvələri hava sərhədlərini pozan pilotsuz təyyarəni məhv edib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələri açıqlama yaya bilər.
Bildirilir ki, təyyarə Suriya sərhədindən Türkiyəyə daxil olub. 3 xəbərdarlıqdan sonra təyyarə məhv edilib. Pilotsuz aparatın hansı ölkəyə məxsus olduğu məlum deyil.