18 Oktyabr 2015 01:10
2 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Odessa vilayətinin Zatoki kurort bölgəsində katerin çevrilməsi nəticəsində 40 yaxın şəxs suda batıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili "Facebook" səhifəsində məlumat paylaşıb.

“Zatokidə faciə baş verib. Sərnişin kateri çevrilib, batıb. Həlak olanlar var, hazırda onların sayı dəqiqləşdirilir. Şərnişinlərdən çoxunu xilas etmək mümkün olub. Lvova səfərimi yarımçıq kəsib, ora gedirəm”,- deyə Saakaşvili paylaşdığı statusunda yazıb.

Rusiya mətbuatı xəbər verir ki, həlak olanların sayı 16 nəfərdir, 20-dən çox insan isə xəstəxanaya aparılıb. Müxtəlif mənbələrin həlak olanların sayı barədə verdiyi məlumatlar üst-üstə düşmür. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Odessa Baş İdarəsi bu hadisə barədəki informasiyanı rəsmən şərh etməyib. Yalnız o məlumdur ki, “İvolqa” gəzinti katerində 32 nəfər olub. Faktla bağlı cinayət işi açılıb.


Müəllif:

Oxşar xəbərlər