Koalisiya qüvvələrinin İraqın Anbar vilayətinə hava zərbələri nəticəsində İŞİD terror təşkilatının bir neçə üzvü öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İŞİD-in 12 komandiri və 60-a yaxın sıravi üzvü öldürülüb.
Vilayətin Rava mahalında 3 ayrı nöqtəyə təşkil edilən raket hücumunda 7 komandir və 47 döyüşçü məhv edilib. Əl-Qaim mahalında isə təşkilata aid bir silah anbarına təşkil edilən hücumda 4 komandir və 18 döyüşçü öldürülüb. Komandirlərdən birinin ABŞ vətəndaşı olduğu bildirilir.