Suriyanın Həma vilayətində İŞİD terror qruplaşmasının avtomobil karvanına aviazərbə endirilib. Teleqraf.com BBC News-a istinadən xəbər verir ki, zərbələr nəticəsində azı 40 terrorçu öldürülüb.
Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, avtomobil karvanı həm ABŞ, həm də Rusiya qırıcıları tərəfindən bombalanıb.