21 Oktyabr 2015 01:10
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşması Çeçenistandan öz güc və imkanlarının nümayişinə cəhd edə bilər. Musavat.com-un məlumatına görə, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov respublika DİN-in kollegiyasında bildirib.

Onun sözlərinə görə, respublikanın təhlükəsizliyinin təmin edilməsi onun rəhbərliyi və hüquq-mühafizə orqanları üçün prioritet məsələ olaraq qalır. O, hüquq-mühafizə orqanlarını sayıqlığı artırmağa çağırıb.

“Biz əlimizdən gələni etməliyik ki, regiona “iblis dövlətin” bir qulduru belə sıza bilməsin” – deyib Kadırov.

Bundan öncə o, terrorçular üçün ölüm hökmünün tətbiqini təklif eləmişdi.


Müəllif:

Oxşar xəbərlər