Çin Böyük Britaniyada Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün 9 milyard dollar sərmayə qoyub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, maliyyə bir qrup Çin şirkəti tərəfindən ödəniləcək. "Xinkli-Poynt" adlı AES son on ildə Britaniyada inşa edilən ilk belə stansiya olacaq.
Çin şirkətləri də ilk dəfə olaraq, bu sahədə investisiyanı xarici ölkələrdən birinə yatırmaq niyyətindədir. AES-in ümumi dəyəri 18 milyard dollar göstərilir. Stansiyanın ilk hissəsi 2025-ci ildə istifadəyə veriləcək. AES-in istifadə müddəti 60 il qeyd edilib.
Samir