23 Oktyabr 2015 13:56
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avstriyanın Vyana şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət Katibi Con Kerri arasında Suriya böhranının müzakirəsi üçün görüş keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu, Rusiyanın Suriyadakı hava əməliyyatları başladıqdan sonra iki ölkə rəsmiləri arasında ilk görüş olacaq.

İkitərəfli görüşdən sonra müzakirələrə Səudiyyə Ərəbistanı və Türkiyənin XİN rəhbərləri də qoşulacaq.

ABŞ tərəfi Vena görüşünün faydalı olacağını və Rusiya ilə razılığın əldə ediləcəyini gözləyir. Bununla bağlı ABŞ dövlət departamentinin nümayəndəsi Con Kibri açıqlama verib. Öz növbəsində S.Lavrov bildirib ki, Rusiya tərəfi də bu danışıqlara konstruktiv əhval-ruhiyyə ilə qatılacaq.

Həmçinin görüşlərdə Suriya prezidenti Bəşər Əsədin Moskva səfəri və keçid hökuməti ilə bağlı müzakirələr də aparılacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər