28 Oktyabr 2015 08:05
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt Düşənbədən 20 kilometr aralıqdakı Hisar şəhərində yemiş şəklində tikilmiş çayxananın rəsmi açılış mərasimi keçirilib. Şəhərin 3000 illiyinə təsadüf edən təntənəli tədbirə ölkə prezidenti Emomali Rahmon da qatılıb.

Dövlət başçısının rəsmi saytında “qədim şəhərsalma ənənələrinə” uyğun tikilmiş çayxananın 43 metr hündürlüyündə olduğu bildirilir. Məlumata əsasən yeni binanın eni 55, uzunluğu isə 100 metr təşkil edir.

Milli şənliklərə xüsusi əhəmiyyət verən Tacikistanda son illər ərzində Qarpız, Yemiş, Balqabaq, Bal və Plov günləri kimi bir sıra yeni bayramlar təsis edilib. Ölkədə qışın başa çatması və məhsulun yığımı ilə bağlı qədim bayram ənənələri bərpa olunur.

2009-cu ildə Tacikistanda uzunluğu 1501 metr, çəkisi isə 1,25 tona çatan nəhəng dövlət bayrağı tikilib. Bundan iki il keçmiş Düşənbədə o vaxtlar rekord təşkil edən 165 metr hündürlüyündə dövlət bayrağı dirəyi qurulub.

Hazırda Tacikistan paytaxtında Mərkəzi Asiyanın ən iri məscidi olacaq məbəd tikilməkdədir. Onun ərazisi Tacikistan xəritəsi şəklində olacaq. İnşaatı Qətər maliyyələşdirir.


Müəllif:

Oxşar xəbərlər