28 Oktyabr 2015 19:52
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya müxalifətiylə anlaşmaq Rusiya üçün çox çətin olacaq, ən azı ona görə ki onun özü müxtəlif fərqli qruplardan ibarətdir, Suriyadakı vəziyyətin nizamlanması perspektivlərinə həsr edilmiş dəyirmi masa iştirakçıları hesab edir.

İştirakçılar münaqişə tərəfləri – kürdlər, müxalifət, Suriya hökuməti və eyni zamanda, bu tərəfləri dəstəkləyən dövlətlər arasında ittifaqın mümkünlüyünü müzakirə edib. Elə həmin gün Reuters agentliyi “Azad Suriya Ordusu"na üzv olduğunu bildirən dörd komandirin bəyanatını yayıb. Bəyanatda deyilir ki, onların tərəfindən vuruşan heç kim Moskva ilə danışıqlar aparmayıb.

Buna qədər Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, Rusiya müntəzəm olaraq “Azad Suriya Ordusu”nun təmsilçiləri ilə əlaqə saxlayır. Suriya prezidenti Bəşər Əsədə gəlincə isə müzakirə iştirakçılarından heç kim onun perspektivinə inandığını bildirməyib.

“Suriyanın əvvəlki sərhədlərini bərpa etmək və onu Bəşər Əsədin hakimiyyətinə həvalə etmək, hətta Rusiyada da utopik görünür,” RİP siyasi araşdırmalar mərkəzinin araşdırmaçısı Vadim Kozyulin bildirib. Onun sözlərinə görə, Moskva müharibə sonrası hazırki prezidentin iştirakı olmadan Suriyanın qurulması haqqında düşünür.

Publisist Mixail Maqid isə bildirib ki, Rusiya və İranın münaqişədə iştirakı Əsəd rejiminin süqutunun qarşısını alıb və ya onu gecikdirir. Keçən şənbə günü Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib ki, Moskva “Azad Suriya Ordusu”nu havadan zərbələr endirməklə dəstəkləməyə hazırdır. Qruplaşmanın iki komandiri buna cavab olaraq bildirib ki, əməkdaşlıqdan öncə Moskva onların mövqelərini bombalamağı dayandırmalıdır.


Müəllif:

Oxşar xəbərlər