Misir Türkiyəni tərəvəz, meyvə, geyim ixracında əvəz edə bilər.
Bunu jurnalistlərə açıqlamasında Misirin Ticarət və Sənaye naziri Tarek Kabil söyləyib. Onun sözlərinə görə, Misir Su-24 hadisəsindən sonra Rusiya bazarlarında yaranmış boşluğu doldurmaqda maraqlıdır.
Qeyd edək ki, Rusiya mətbuatı artıq Kabilin özünün rusiyalı həmkarı DenisManturovla Birləşmiş Ərəb Əmirliklərində görüşməsi haqda məlumat yayıb. Rəsmi Qahirə bu görüşdə Rusiyadan Türkiyənin onlara ixrac etdiyi məhsulların siyahısını istəyib.
Axar.az