Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə amerikalı həmkarı Barak Obama ilə görüşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İqlim Dəyişikliyi Konfrası çərçivəsində baş tutan görüşdən sonra liderlər mətbuata açıqlama verib.
Ərdoğan görüş zamanı Suriya böhranı məsələsini müzakirə etdiklərini deyib: "Suriyada keçid dönəmi ilə əlaqədar Vyanadakı görüşlərdə uğur əldə edilməsinin vacibliyini qeyd etdik. Bayırbucaq bölgəsində İŞİD-in olmadığını, burada türkmənlərin yaşadığını cənab Obamaya çatdırdım. Türkiyə və Rusiya arasındakı gərginliklə bağlı fikir mübadiləsi apardıq".
Obama isə öz növbəsində Türkiyənin sərhədlərini qorumaq haqqının olduğunu deyib: "Gərginliyi azaltmaq üçün diplomatik görüşlər vacibdir. Bu məsələdə Ərdoğan haqlıdır. Bunu cənab Putinə də çatdırdım".
Samir