"Fransa Qarabağ probleminin həlli üzrə işləri davam etdirəcək".
Teleqraf.com xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə nümayəndəsi Harlem Dezir Belqradda keçirilən ATƏT-in Nazirlər Şurasının 22-ci toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Belqradda ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Pyer Andriye və Ceyms Uorliklə görüş keçirib.
Uorlik isə görüşlə bağlı fikirlərini Tvitter sosial şəbəkəsində paylaşıb: "Biz Harlem Dezir ilə görüşdük və Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına dair danışıqları davam etdirmək qərarına gəldik. Biz birlikdə işləyəcəyik".
Samir