Bakıda səfərdə olan Türkiyə Baş naziri Əhməd Davudoğlu Azərbaycan Diplomatik Akademiyasına baş çəkib.
Teleqraf.com xəbər verir ki, Davudoğlu burada bəzi açıqlamalar verib.
O, son günlər dünya gündəmindən düşməyən Turkiyə-Rusiya məsələsinə diqqət çəkib: "Türkiyə Rusiyanın dostu və qonşusudur. Milyonlarla rus dostumuzu Türkiyədə qarşıladıq və buna davam edəcəyik. Türk və rus xalqları arasında problem yoxdur və olmayacaq.Türk xalqı hörmət göstərdiyi qonşu xalqlardan hörmət gözləyir. Türkiyə-Suriya sərhədi Türkiyə-Rusiya sərhədi deyil. Türkiyə-Suriya sərhədi Rusiya-Suriya sərhədi də deyil. Türkiyə-Suriya sərhədi Türkiyə-Suriya sərhədidir və 3-cü dövləti maraqlandırmaz. Buradan Rusiya prezidenti Vladimir Putinə səslənirəm. Gəlin, məsələləri üz-üzə oturub müzakirə edək. Son günlər Türkiyənin İŞİD-dən neft alması və ya bu kimi yalan iddiaları bir-birimizə qarşı işlətməyək".
Davudoğlu qeyd edib ki, Türkiyə Suriyada dinc sakinlərə zərər vermir: "Suriya xalqı bizim qardaşlarımızdır. Suriya böhranı başlandığından bəri Türkiyəyə gələn suriyalılara ev sahibliyi etməklə qürurlanırıq. Biz hər zaman Suriya xalqının yanında olacağıq".
Samir