5 Dekabr 2015 01:07
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balkan ölkələrinin qapılarını miqrantların üzünə bağlaması Yunanıstan-Makedoniya sərhədində əsəbləri tarıma çəkib. Miqrantlar sərhəddə etirazlara başlayıblar. Sərhəddə növbəyə düzülən miqrantlar sadəcə daha yaxşı yaşayış və iş üçün Avropaya köçməyə çalışan əlacsız insanlar və ya qaçqınlar hesab edilirlər.

Ötən gün sərhədin Yunanıstan tərəfində baş tutan etiraz aksiyası zamanı onlarla sərhədi qoruyan polis arasında toqquşma baş verib.

Makedoniyalı polislər yalnız Əfqanıstan, İraq və Suriyadan olan miqrant və qaçqınları ölkə ərazisinə buraxır. Bu ayrıseçkiliyə qəzəblənən iqtisadi miqrantlar isə sərhəd buraxılış məntəqəsi qarşısında süni maneələr yaradaraq, heç kimi sərhəddən keçməsinə imkan vermir.

Toqquşmalar zamanı, Mərakeşdən olduğu deyilən bir miqrant yaxınlıqdan keçən qatarın üzərinə qalxaraq, dəmiryolu naqillərinə toxunub. Elektrik cərəyanı vurmasından həmin miqrant dünyasını dəyişib.

Bundan əvvəlsə, başqa bir miqrant oxşar şəkildə sərhədi keçməyə çalışan zaman onu cərəyan vurub. Ancaq həmin miqrant ağır yanığ yaraları alsa da, sağ qalıb. Onun xəsarətindən sonra sərhəd buraxılış məntəqəsi qarşısında etirazlar daha da kəskinləşib.

Hazırda sərhədyanı ərazilərində əlacsız qalan və müvəqqəti düşərgələrdə yerləşdirilən miqrantların sayı beş min nəfəri ötüb.


Müəllif:

Oxşar xəbərlər