7 Dekabr 2015 08:34
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş Kayseridə keçirilən konfransda Azərbaycanla bağlı danışıb. Musavat.com “Anadolu” agentliyinə istinafə xəbər verir ki, nazir əvvəlcə Xəzər dənizində baş vermiş faciə ilə bağlı Azərbaycana başsağlığı verib, yaralılara şəfa diləyib.

Mustada Elitaş deyib ki, Türkiyə ilə Rusiya arasında gərginlik başlayan andan Azərbaycan dostluğunu, qardaşlığını göstərib. Onun sözlərinə görə, Azərbaycan Rusiyanın Türkiyə yük maşınlarına tətbiq etdiyi qadağadan sonra sərhəddə qalan 300 yük maşınının müşayiətlə təhlükəsiz hərəkətini təmin edib.

Nazir onu da deyib ki, Azərbaycan təqliyyat rüsumlarını da 40 faiz endirib və yeni qaydalar ən yaxın zamanda tətbiq olunacaq: “Viza problemləri var idi. Onlar da düzələcək”.


Müəllif:

Oxşar xəbərlər