Ukraynadakı xüsusi monitorinq missiyası münaqişə zonasında atəşkəs rejiminin pozulması hallarının artdığını bildirib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın növbəti hesabatında deyilir.
“Son günlər, xüsusən dekabrın 6-da, müşahidəçilər təmas xətti boyu və yaxın ərazilərdə partlayışlar və yüngül silahlardan açılan atəş faktlarını qeydə alıb”, sənəddə vurğulanııb.
Qeyd olunur ki, dekabrın 5-də 22, 6-da isə 181 partlayış qeydə alınıb.