ABŞ əhalisinin 53%-i ölkənin quru qoşunlarının Suriya və İraqa İŞİD-lə mübarizə üçün göndərilməsini dəstəkləyir.
Axar.az xəbər verir ki, bu nəticə CNN və ORC tədqiqatlar mərkəzinin keçirdiyi sorğudan sonra əldə olunub. ABŞ əhalisinin həmçinin 68%-i Vaşinqtonun İŞİD-ə qarşı indiyə qədər atdığı addımları aqressiv adlandırmayıb. Sorğu keçirən təşkilatlar əksər amerikalıların bu qərara gəlməsinə Kaliforniyada baş verən atışmanın səbəb olduğunu bildiriblər.
Qeyd edək ki, son 15 ay ərzində ABŞ İŞİD-i bombardman etmək üçün 20 min raket və bombadan istifadə edib,